Amina - Beləsən sən (Rəsmi Musiqi Videosu 2026)
Aminanın "Beləsən Sən" mahnısı artıq onlayndır. 2026 Söz / Müs: Pasha Emircan Aranjiman: Taleh Ağayev Makiyaj və saç: Murad Sultan Geyim: Prens Jamal Rejissor: Xəyal Hüseyn ✨Kanalıma abonə olmağı və 👍 bəyənməyi, 📝 şərh yazmağı unutmayın ❤️ Mahnı Sözlər: [Bənd 1] “Atmaram mən”,-dedim Axırda sən atdın, getdin Bu ölən sevgini qəlbimdə Yaşatdın, getdin Məni bir başqasına – özgəyə Satdın, getdin [Nəqərat] Nə biləydim, beləsən sən Nə biləydim, beləsən sən [Bənd 2] Sevginin zirvəsinə çatmağa razı idim mən Özümü eşq ilə aldatmağa razı idim mən Gülməsən, hamını ağlatmağa razı idim mən Təki bir gün güləsən sən Təki bir gün güləsən sən Heç bilirsən, nə qədər xatirələr var məndə Qalmışam, çarəsizəm, tək ölürəm sayəndə Qədrimi bilmədin heç vaxt, bilə bilməzsən də Axı haradan biləsən sən? Ey, axı haradan biləsən sən? [Nəqərat] Nə biləydim, beləsən sən Axı nə edim, beləsən sən [Bənd 3] Bu xəyallar səni məndən soruşurlar gecələr Həyatın qanunu var: kimisi gələr, kimisi gedər Eybi yox, gözləyərəm ömrümün axırına qədər Təki bir gün gələsən sən Təki bir gün gələsən sən Hara getsən ki, deyirsən, görünür burada yerin Sevginin guya ki bildirməmisən yüzdə birin Sözünün əvvəli də, axırı da Amina Şirin Nə şirinsən, öləsən sən Nə şirinsən, öləsən sən [Nəqərat] Axı nə edim, beləsən sən Nə biləydim, beləsən sən Təki bir gün gələsən sən Təki bir gün gələsən sən Amina tərəfindən ifa olunan "Beləsən Sən" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2026
Название:
Amina - Beləsən sən (Rəsmi Musiqi Videosu 2026)
Категория:
Музыка