MOSKVADA XANIM ZƏHRANIN (SƏ) MÖVLUDU KEÇİRİLİB 15 02 .2020

75 подписчиков

12+
12+

1 просмотр

7 лет назад

ПожаловатьсяНарушение авторских прав

75 подписчиков

12+
12+

1 просмотр

7 лет назад

ПожаловатьсяНарушение авторских прав
12+
12+

1 просмотр

7 лет назад

Seyyid Təhmasibi: “Həzrət Peyğəmbər (s) buyurur; “Xədicənin (sə) misli hardadır?!”” FOTO/REPORTAJ - 15.02.2020 Bu günlər dünyada İslam Peyğəmbərinin (sə) sevimli qızı, dünya və axirət xanımlarının seyyidəsi və Əmirəlmömininin (ə) gözünün nuru Həzrət Fatiməyi-Zəhranın (sə) səadətli mövludu qeyd olunmaqdadır. Rusiya Federasiyasında da bu mübarək tarix geniş qeyd olunmaqdadır. “Fatimiyyə TV” xəbər verir ki, belə təntənəli məclislərdən biri də paytaxt Moskvada yerləşən “Fatimiyyə”də qurulub. Moskva Şiələrinin Dini Təşkilatı tərəfindən keçirilən mövlud mərasiminə paytaxtda yaşayan müsəlmanlarla yanaşı Ali Məqamlı Rəhbərin (rə) Rusiya nümayəndəsinin müavini Seyyid Mənsur Təhmasibi də qatılıb... Seyyidin imamətilə qılınan işa və məğrib namazlarından sonra mərasim Sankt-Peterburqdan qonaq gələn Hacı Vuqarın Quran tilavətilə açılıb. Hacı Famil Cəfərov mərasim iştirakçılarını salamlayaraq fatiməsevərlərin bayramını təbrik edib. Məclisin moderatoru, şair Məşədi Həsrət Həzrət Zəhranın (sə) şəninə yazılmış bir neçə beyt oxuyub, daha sonra Hacı Mənsur zəhrasevərlər qarşısında moizə edib... Hərzət Zəhra (sə) və Əmirəlmömininin (ə) şəninə daha bir neçə şeir səsləndirildikdən sonra Moskva Əhli-beyt (ə) Məddahları qrupu günün anlam və duyğularına müvafiq bir-birindən gözəl nəğmələr oxuyub, qrupun ifaları alqışlarla müşayiət olunub. Mərasimə gələn xanımlara, azyaşlı zəhrasevərlərə Moskva Şiələrinin Dini Təşkilatı və “Bojestvennıy Fond” tərəfindən bayram hədiyyələri təqdim olunub. Xatırladaq ki, dünya və axİrət xanımlarının seyyidəsi, əziz İslam Peyğəmbərinin (s) nazənin qızı Həzrət Fatiməyi-Zəhranın (sə) mövlud günü ”Analar Günü” kimi qeyd olunur. Bu əlamətdar tarix dünyanın bir sıra ölkələrində təntənə ilə qeyd olunur, ana və bacılara, bütün zəhrasevərlərə həcmindən asılı olmayaraq hədiyyələr təqdim edilir. Fatimiyyə TV Moskva – 16.02.2020

Название:

MOSKVADA XANIM ZƏHRANIN (SƏ) MÖVLUDU KEÇİRİLİB 15 02 .2020

Категория:

Религия