ŞEYX AZADLIQDA! 22.02.2020
ŞEYX SƏRDAR HACIHƏSƏNLİ AZADLIQDA! FOTO Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. “Fatimiyyə TV” “Maide.Az”a istinadən xəbər verir ki, ruhani sübhə yaxın saatlarda həbsdən azad olunub. Şeyxin həbxsanadan çıxış saatı qabaqcadan bildirilmədiyindən onu sevənərlər azad olunmasından yalnız səhər saatlarında xəbər tutub. Həmin andan etibarən Şeyx Sərdar Hacıhəsənlini dostları, mömünlər və ruhanilər ziyarət etməyə başlayıb. Şeyxlə görüş fevralın 22-də yerli vaxtla saat 10:00-dan etibarən Bakının Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 11 ünvanındakı (Vital Kilinikanın yanı) Mərasim evində nəzərdə tutulsa da, görüşün qarşısı alınıb. Mərasim zalı 1 ay əvvəlcədən icarəyə götürülsə də, yerli hüquq-mühafizə strukturları zala daxil olaraq ziyarətə gələnlərdən zalı tərk etmələrini tələb edib. Şeyxin paytaxt Bakıda ziyarət saatı axşam saatlarına qədər davam edəcək, axşam saatlarında isə Şeyxin böyüdüyü şəhərə, Masallıya getməsi gözlənilir. Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə həmin dövrün rayon icra başçısı onun barəsində polisə şikayət edib. Sözügedən şikayət əsasında Şeyx Sərdar 2017-ci ilin fevral ayının 22-də saxlanılıb, barəsində cinayət işi açılıb və 2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. FATİMİYYƏ TV muzic DİDO
Название:
ŞEYX AZADLIQDA! 22.02.2020
Категория:
Религия