RUSİYADA İSLAM İNQİLABININ 41 İLLİYİ QEYD OLUNUB 11.02.2020
İSLAM İNQİLABININ QƏLƏBƏ QAZANMASININ 41-Cİ İLDÖNÜMÜ RUSİYADA TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNUB FATİMİYYƏ TV-NİN VİDEOREPORTAJI - 11.02.2020 İslam inqilabı özünün 41-ci ildönümünü qeyd edir. Fatimiyyə TV xəbər verir ki, bu münasibətlə İran İslam Cümhuriyyətinin Moskvadakı iqamətgahında təntənəli qəbul keçirilib. Bayram mərasiminə 120-dən artıq ölkənin Rusiya Federasiyasındakı səfir və diplomatları ilə yanaşı Rusiyanın hökumət nümayəndələri, siyasi, ictimai, elm və təhsil sahələrinin aparıcı simaları qatılıb. Təntənəli qəbula gələnlər İranın dünyada şər qüvvələr qarşısındakı mövqeyini təqdir edərək İslam Cümhuriyyətinə yeni nailiyyətlər arzulayıblar. Rusiya Müftilər Şurasının sədr müavini Rövşən Abbasov kanalımıza təbrik mesajında iki ölkə arasındakı mənəvi bağların möhkəmləndirilməsinə işarə edib: “İlk növbədə səmimi qəlbdən Rusiya müsəlmanları adından qardaş İran İslam Cümhuriyyəti xalqını İslam İnqlibının 41-ci ildönümü münasibətilə qəlbən təbrik edirik. Sözsüz ki, bu inqilab göstərdi ki, mənəviyyat İslam dövlətinin inkişakıfında ən vacib amillərindən biridir. Biz görürük ki, İran İslam Cümhuriyyəti necə inkişaf edir, İslam maarifinin mərkəzində Quran təlimləri, müqəddəs Quranın müxtəlif elmləri durur. Həmçinin burada dini elmlərlə yanaşı qeyri-dini elmlər də çox güclü tədris olunur, bununla paralel İslam maarifinin miqyası sürətlə genişlənməkdədir. Biz çox gözəl qardaş münasibətlərinə malikik, müxtəlif mərasimlərdə birgə iştirak edirik. Bəzən biz İrandakı mühüm tədbirlərə, bəzən də İrandakı həmkarlarımız bizim RF-dəki tədbirlərimizə qatılır. Bütün səmimiyyətimizlə İslam Cümhuriyyitinin özünə, onun xalqına daha da çiçəklənmə, uğurlar, can sağlığı və rifah arzulayırıq”. Mərasimə gələnləri salamlayan İran İslam Cümhuriyyətinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali çıxışında vurğulayıb ki, bu illər ərzində amerikalılar dəfələrlə cəhdlər etməsinə baxmayaraq, İslam Cümhuriyyətini aradan aparmaq niyyətləri uğursuzluğa düçar olub. Daha sonra Rusiya Xarici İşlər Nazirinin müavini İqor Morqulov çıxış edərək ölkəsi adına İslam Cümhuriyyətini milli bayramı, İslam İnqilabının qələbəsinin 41-ci ildönümü münasibətilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsini arzuladıqlarını ifadə edib. Rusiya və İranın məsihi və müsəlman icmalarının illərdir dialoq içində olduğunu bildirən Rusiya Dinlərarası Şurasının icraçı direktoru, tarix elmləri namizədi Dmitriy Safonov Moskvada “Kütləvi İnformasiya Vasitələri və Din” mövzusunda böyük forumun keçiriləcəyini açıqlayıb: “Rus Provaslav Kilsəsi ilə İran İslam İcması arasında artıq 25 ildən artıqdır ki, dialoq mövcuddur. 1995-ci ildə Mitropolit Kiril və həmin dövrdə İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Ayətullah Təsxiri Tehranda görüşdülər. Bu görüşdə qərara alındı ki, aparıcı ruhanilərini müntəzəm dialoqu təsis olunsun və hər iki ildən bir növbəti şəkildə bir dəfə Tehranda, bir dəfə də Moskvada davamlı toplantılar təşkil edilsin. Beləcə bu dialoq 25 ildir ki, uğurla davam edir. Bizim müzakirə mövzularımıza tövhidi dinlərin müxtəlif mövzuları daxildir. Belə növbəti geniş tərkibli toplantımız cari ilin may ayının 25-də Moskvada təşkil olunacaq. Budəfəki toplantının gündəmi “Kütləvi İnformasiya Vasitələri və Din” olacaq. Bu tədbirə xeyli sayda nümayəndə qatılacaq”. Mərasim zamanı o da məlum olub ki, Rusiya Dövlət Dumasının deputatlardan ibarət geniş tərkibli nümayəndə heyəti bu günlərdə İrana rəsmi səfər edəcək. Bu haqda məlumatı bizimlə söhbətində açıqlayan dumanın liberal-demokrat fraksiyasının rəhbəri, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkələrarası münasibətlər dair başqa bir təklifini də dilə gətirib: “Bura İran rəhbərliyini, bütün İran xalqını bayram mübasibətilə təbrik etməyə gəlmişik. Bu möhtəşəm inqilabdır, onunla biz amerikalıların satılmış hökumət vasitəsilə həyata keçirdiyi hökmranlığından xilas olduq. Bu inqilab həm qonşularına, həm də bütün dünyaya nümunə göstərdi ki, bunu etmək mümkündür. İnqilab göstərdi ki, digər xalqlar da bunu edə bilər, onlar da müstəqil xarici siyasətə malik dövlət qura, öz xarici siyasət kurslarını özləri müəyyən edə bilərlər. Ən başlıcası, biz unutmamalıyıq ki, ABŞ bəşəriyyətin əsas düşmənidir, o yenə də İranı, bizi və Çini təhdid edir. Mən bir daha İran rəhbərliyindən xahiş edirəm ki, zamanında dünyadakı ən yaxşı hava hücumundan müdafiə sistemi olan S-400-ü, S-500-ü alsınlar. Bununla İran öz səmasını istənilən raketlərin, təyyarələrin, dronların üzünə bağlasın. Bunu etmək olar. İran bizim real qonşumuzdur, bizim İrana böyük hörmətimiz var. Dövlət Dumasındakı Liberal-Demokrat fraksiyası yaxın zamanda İrana rəsmi səfər etməyi planlaşdırır. Biz orada İranın əksər şəhərlərini ziyarət etməyi düşünür, həmrəylik, birlik missiyamızı ifadə etmək istəyirik. Biz hər bir işdə İrana kömək etməyə hazırıq. İranlı dostlarımız, bayramınız mübarək!” Fatimiyyə TV, Moskva.
Название:
RUSİYADA İSLAM İNQİLABININ 41 İLLİYİ QEYD OLUNUB 11.02.2020
Категория:
Религия