Qız qalası | Девичья башня (1924) - səssiz film
18+ Səməd xan həyat yoldaşı Cəvahiri çox sevir. Cəvahir doğuş zamanı dünyasını dəyişir. İllər sonra Səməd xan qızı Gülnarı tapır. Gülnar anası Cəvahirə çox oxşadığı üçün xan öz qızına vurulur. Gülnar isə atasının bu hərəkətinə görə yeganə çıxış yolu tapır. Film Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi – Qız Qalası ilə bağlı əfsanənin motivləri əsasında çəkilib. Rejissor: Vladimir Ballyuzek Ssenari müəllifi: N.Breslav-Lurye Operator: Vladimir Lemke Rəssam: Vladimir Ballyuzek Rollarda: Sofiya Jozeffi (xanın arvadı Cəvahir / xanın qızı Gülnar), Vaqram Papazyan (Səməd xan), Hənifə Terequlov (Şirvan xanı), İsmayıl Hidayətzadə (Zöhrab), Yevgeni Muromski (Kərim), İbrahim Azəri (vəzir), Rza Darablı (vəkil)
Название:
Qız qalası | Девичья башня (1924) - səssiz film
Категория:
Разное