Shorts
- Verdim sənə bu canımı havayı, Getdi ömür, ağardı saç, qocaldım! Düzdü bir az çətin oldu unutmaq, Amma səni unutmağı bacardım. Yoxluğuna öyrəşdirdin sən özün, Asta-asta, hər gün bir az unutdum! Hey pislədim bu ürəyə mən səni, Axır səndən, bu ürəyi soyutdum. Sənsiz sıxmır xatirələr qəlbimi, Daha gəlmir dünya mənə dar indi! Başqa şəhər, başqa-başqa küçələr, Başqa-başqa, xatirələr var indi.
